VIII siniflər arasında yarış

 67 nömrəli tam orta məktəbdə tarix fənni üzrə fənn aylığı çərçivəsində növbəti viktorina keçirilib. Yarışda məktəbin Azərbaycan və rus bölmələrini təmsil edən VIII sinif şagirdlərindən ibarət komandalar iştirak edib. I yeri VIII "b" sinfinin “Şah II Abbas” komandası, II yeri VIII "ç" sinfinin “Səfəvi” və VIII "c" sinfinin “Qəzvin” komandası, III yeri isə VIII "ə" sinfinin “Təbriz” komandası tutub.

Yarışın qalibləri müdiriyyət tərəfindən hədiyyələr və təltifnamələrlə mükafatlandırılıb.

Qalib komandaları təbrik edir, növbəti yarışlarda müvəffəqiyyətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi