X sinif şagirdləri ilə maraqlı tədbir

 67 nömrəli tam orta məktəbin X sinif şagirdləri üçün maraqlı info-sessiya keçirilib. Tədbir məktəbin 2020-ci il məzunu Leyla Mustafayevanın təklifi ilə həyata keçirilib. Tədbirdə Gənc Avropa Səfirləri müxtəlif xaricdə təhsil və mübadilə proqramları haqqında maarifləndirici söhbət aparıblar. Həmçinin 10 ən aktiv şagird kiçik oyundan sonra hədiyyələrlə təltif olunublar. Məktəbin direktoru İradə Bayramova şagirdlərlə mövzu ətrafında söhbət apararaq motivasiya verib. Belə maraqlı tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edir, şagirdlərimiz arasında yetişməkdə olan parlaq gənclərin uğurlarının daima şahidi olacağımıza inanırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi