Susma, səsini eşitdir!

Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 311 nömrəli tam orta məktəbdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində Sabunçu qəsəbəsində yerləşən 67, 148, 155, 170, 215 və 311 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbir ilk olaraq məktəblilərin mövzu ətrafında hazırladıqları rəsm əsərləri və divar qəzetlərinə baxış ilə başlayıb. Daha sonra çıxış edən məktəblilər məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma halları və onların fəsadları mövzuları ətrafında hazırladıqları səhnəcikləri nümayiş etdiriblər.

67 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin nümayəndələri tədbirdə "Valideyn qayğısından məhrum olmuş uşaqların gələcəyi haqqında düşünməsək övladlarımızın xoşbəxtliyini şübhə altına almış olarıq" mövzusuna həsr olunmuş 2 maraqlı səhnəcik, həmçinin musiqi nömrəsi ilə iştirak ediblər.

Tədbirin təşkilində əməyi keçən hər kəsə kollektivimiz adından təşəkküredir, iştirak edən dəyərli qonaqlara minnətdarlığımızı bildiririk.

https://m.facebook.com/story.php?story_fbid=673121981663441&id=100068969355384&mibextid=RtaFA8

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi