"Gülüstan" poemasının təqdimatı

  Azərbaycan dili və ədəbiyyat müəllimi Nuridə Təhməzova məktəbin VIII "g" sinfində "Gülüstan" poemasının qruplarla təqdimatını keçirib.

Sinif 4 qrupa ayrılıb. Qruplar Gülüstan sülh müqaviləsi, Türkmənçay müqaviləsi, parçalanan torpaqlar, Bəxtiyar Vahabzadənin poemada yazdığı faktlar və Qarabağda məhv edilmiş memarlıq abidələri, tikililər haqqında təqdimatlar nümayiş etdiriblər.

Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasından, Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasından ifalar dinlənilib. Sonda qrupların işi meyarlar və səviyyələr əsasında qiymətləndirilib.

Təqdimatda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Ülviyyə Qarayeva və Sədaqət Rəsulova qonaq qismində iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi