25 Noyabr Kəlbəcər Şəhəri Günü

 67 nömrəli tam orta məktəbin tarix müəllimi Gülnar Həbibovanın təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda növbəti nümunəvi dərs keçirilib. Məktəbin VIII "b" sinif şagirdlərinin iştirakı ilə baş tutan dərsin mövzusu 25 Noyabr Kəlbəcər Şəhəri Gününə həsr olunub.

Nümunəvi dərs zamanı Kəlbəcərin tarixi, coğrafi mövqeyi, memarlıq abidələri, işğaldan azad edildikdən sonra həyata keçirilən yenidənqurma işləri barədə söhbət aparılıb, məlumatlar, videoçarxlar nümayiş etdirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi