Erkən nikah və yaratdığı fəsadlar

 25 noyabr 2023-cü il tarixində 67 nömrəli tam orta məktəbin psixoloqları Əfsalə Ağayeva, Lalə Tağıyeva və Xəyalə Babazadə tərəfindən təşkil olunmuş “Erkən nikah və yaratdığı fəsadlar” adlı tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru İradə Bayramova, direktor müavini Azad Kələşov, məktəbin məzunu Türkan Mirzəyeva, müəllim, valideyn və şagird kollektivi iştirak ediblər.

Tədbir zamanı erkən və qeyri-rəsmi nikahların səbəb olduğu hüquqi problemlər və tibbi fəsadlar barədə maarifləndirici söhbət aparılıb.

Tədbir diskusiya şəklində davam etdirilib. Diskusiya zamanı erkən nikahların səbəbləri, qohum nikahlarının mənfi nəticələri və bənzər mövzularda müzakirələr aparılıb.

Tədbirin keçirilməsində əsas məqsəd erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaratdığını aşılamaq, yetkinlik yaşına çatmamış qızların təhsildən yayındırılaraq məcburi şəkildə ailə qurmağa sövq edilməsinin yolverilməz olduğunu şagird və valideynlərin nəzərinə çatdırmaq olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi