İbtidai siniflərdə növbəti monitorinq

67 nömrəli tam orta məktəbin ibtidai siniflərində növbəti monitorinq keçirilib. Direktor müavini Yeganə Muradovanın təşkilatçılığı ilə keçirilən monitorinqdə III və IV sinif şagirdlərinin dinləyib-anlama bacarıqları yoxlanılıb.
Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərin dinlədikləri mətni anlamaq, təhlil etmək, şərh etmək və öz fikirləri ilə ifadə etmək bacarıqlarını yoxlamaq, təkmilləşdirilməsi istiqamətində lazımi tədbirlər görmək olub.