Narkomaniyaya yox deyək

22 noyabr 2023-cü il tarixində 67 nömrəli tam orta məktəbin psixoloqları Əfsalə Ağayeva və Xəyalə Babazadə tərəfindən “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru İradə Bayramova, direktor müavini Gülnarə Bağırova, Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-nin yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru, polis mayoru İbrahim Məmmədov, məktəbin müəllim Sevil Ağamalıyeva və şagird kollektivi iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.

Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və müəllimlərdən asılıdır.

Belə maraqlı və maarifləndirici tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edir, gələcəyimiz olan gənclərimizi zərərli vərdişlərdən uzaq olmağa çağırırıq.

#ElmVəTəhsilNazirliyi

#EduGovAz

#EduAz

#AzərbaycanMüəllimi

#NarkomaniyayaYoxDeyək

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi