Reproduktiv sağlamlığın gələcək nəsil üçün önəmi

67 nömrəli tam orta məktəbdə yeniyetmə qız uşaqlarının iştirakı ilə "Reproduktiv sağlamlıq" mövzusuna həsr olunmuş konfrans keçirilib. Konfransda reproduktiv sağlamlığın gələcək nəsil üçün önəmi, gigiyena qaydaları, düzgün qidalanmanın sağlam inkişafda rolu, erkən nikahın fəsadları və s. mövzularda maarifləndirici söhbət aparılıb.

Məktəbin biologiya müəllimi Məleykə Muradovanın təşkilatçılığı ilə keçirilən konfransın əsas məqsədi məktəbdə təhsil alan şagirdlər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması olub.

Konfransda məktəbin psixoloqu Lalə Tağıyeva və tibb bacısı Təranə Namazova iştirak edərək mövzu ilə bağlı öz fikir və məsləhətlərini səsləndiriblər. Şagirdlərlə maraqlı və geniş fikir mübadiləsi aparılıb, onların bu mövzu ilə bağlı düşüncələri dinlənilib, müzakirə olunub. Sonda şagirdlər tərəfindən verilən suallar cavablandırılıb.

#ElmVəTəhsilNazirliyi

#EduGovAz

#EduAz

#AzərbaycanMüəllimi

#ReproduktivSağlamlıq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi