Məktəbdə növbəti Pedaqoji Şura iclası keçirilib

 67 nömrəli tam orta məktəbdə 20 noyabr tarixində növbəti pedaqoji şura iclası keçirilib.

İclasda geniş məruzə ilə çıxış edən məktəbin direktoru İradə Bayramova cari tədris ilinin hədəf və məqsədləri, IX siniflərdə təlim nəaliyyətlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər, məktəblilərin Respublika Fənn Olimpiadalarında uğurlu iştirakının təmin edilməsi, şagird davranış qaydalarının tətbiqinin davamlı olması barədə söhbət aparıb və müvafiq tapşırıqlar verib.

Daha sonra direktor müavinlərinin sinif jurnalları, elektron jurnal, illik və gündəlik planların düzgün işlənilməsi haqqında məruzələri dinlənilib.

İclasda həmçinin müəllimlərin, metodbirləşmə rəhbərlərinin fikir və təklifləri dinlənilərək müvafiq qərarlar qəbul edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi