20 noyabr Ümumdünya Uşaq Hüquqları Günüdür

 67 nömrəli tam orta məktəbin ibtidai siniflərində 20 noyabr Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş möhtəşəm tədbir keçirilib.

Direktor müavini Yeganə Muradovanın təşkilatçılığı ilə keçirilən tədbirdə şagird, müəllim və valideynlərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Məktəb kollektivinin qonaq qismində iştirak etdiyi tədbir olduqca maraqlı məqamlarla zəngin olub. Sonda məktəbin direktoru İradə Bayramova çıxış edərək tədbir haqqında təəssüratlarını bölüşüb.

Belə bir tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə kollektivimiz adından təşəkkür edir, uşaqlarımıza sağlam gələcək, firavan həyat arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi