İstedadlı şagirdlər qürur mənbəyimizdir

  Hər il olduğu kimi bu il də Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin heyyəti Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak edəcək. Bu il IX "ğ" sinif şagirdi Amin Məmmədov (“VEX Raptor” komandası), VII "h" sinif şagirdi Emil Məmmədov (“Baku Storm” komandası) “VEX İQ” və “FLL Challange” kateqoriyaları üzrə SAF 2023-də iştirak hüququ qazanıblar.

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması və şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir. SAF-2023 14 kateqoriya, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil ediləcəkdir.

Şagirdlərimizə festivalda uğurlar diləyir, yüksək nəticə əldə etmələrini arzulayırıq.

#EduAz

#Məktəb

#SAF_2023

#STEAM_Azərbaycan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi