Zəfər Gününə həsr olunmuş müsabiqə

 67 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Arzu Mahmudovanın təşkilatçılığı ilə IV sinif şagirdləri arasında maraqlı müsabiqə keçirilib. Müsabiqədə şagirdlər komandalar halında yarışıblar. Müsabiqənin əsas şərti Zəfər Gününə həsr olunmuş ən maraqlı qəzetin hazırlanması olub. Qəzetlərdə Zəfər Gününə ithaf olunmuş şeirlər, məqalələr, Şəhidlərimiz və 44 günlük müharibənin nəticələri haqqında məlumatlar qeyd olunub.

Münsiflər heyətinin üzvləri olan direktor müavinləri Yeganə Muradova və Təranə Əlisoy komandaların işini obyektiv şəkildə qiymətləndirərək ən yaxşı qəzeti seçiblər.

Qəzetlər "İlhamla irəli", "Zəfərə gedən yol", Unudulmaz Şəhidlər", Şanlı tariximiz", "Haqqın səsi" adları ilə adlandırıb və şagirdlər tərəfindən olduqca böyük qürur hissi ilə hazırlanıb.

Belə maraqlı müsabiqənin ərsəyə gəlməsində əməyi olan hər kəsə, sinif rəhbəri Arzu Mahmudovaya və IV sinif şagirdlərinə təşəkkür edirik.

#ZəfərGünü

#BayraqGünü

#EduAz

#QarabağAzərbaycandır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi