Qəhrəmanlıq tarixi - Şanlı Qələbə

 67 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Şölə Məmmədovanın təşkilatçılığı ilə rəhbərlik etdiyi IV "g" sinfində Qəhrəmanlıq tarixi - Şanlı Qələbə adlı möhtəşəm tədbir keçirilib.

Tədbirdə şəhid Musa Alışovun anası Ulduz xanım, şəhid Qələndər Alıyevin anası Sevda xanım, şəhid Əmirulla Əliyevin valideynləri Vahid bəy və Ofeliya xanım, qazilərimiz Teymur Məlikov, Mönsüm Isgəndərov, Vüqar Məmmədov, Elnur Əsgərov, müharibə iştirakçısı Rahib Məmmədov, məktəb rəhbərliyi, müəllim və valideynlər iştirak ediblər.

Tədbir zamanı şagirdlər tərəfindən vətənpərvər ruhda ədəbi-bədii kompozisiya nümayiş etdirilib. "Qarabağ Azərbaycandır" adlı səhnəcik hər kəsə duyğulu anlar yaşadıb.

Tədbirin sonunda qonaqlar çıxış edərək öz təəssüratlarını bölüşüblər.

Belə maraqlı, vətənpərvərlik hissi aşılayan tədbir ərsəyə gətirdikləri üçün IV "g" sinif şagirdlərinə, onlara rəhbərlik edən Şölə Məmmədovaya və əməyi keçən hər kəsə təşəkkür edir, xalqımıza daimi qələbə, sülh, əmin-amanlıq arzulayırıq.

#ZəfərGünü

#BayraqGünü

#EduAz

#QarabağAzərbaycandır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi