Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər davam edir

 67 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rəfiqə Qəribovanın rəhbərliyi ilə I "e" sinfində Zəfər Gününə həsr olunmuş möhtəşəm tədbir keçirilib. Tədbir zamanı şagirdlər tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirdə Qarabağ müharibəsinin iştirakçısı, xüsusi təyinatlı qazi Həbibov Xəqani Gündüz oğlu, Milli ordunun Quru Qoşunlarının N saylı hərbi hissəsinin sıralarında döyüşən, II Qarabağ müharibəsinin qaziləri Məmmədov Nicat Adil oğlu, Qəmbərli İsmayıl Həmid oğlu, həmçinin məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Azad Kələşov, Təranə Əlisoy, Yeganə Muradova və bir qrup valideynlər iştirak ediblər.

Möhtəşəm görüntülərə səbəb olan tədbirdə balaca fidanlar olduqca böyük vətənpərvərlik hissinə sahib olduqlarını nümayiş etdirdikləri performansla sübut ediblər.

Tədbirin sonunda qonaqlar çıxış edərək öz təəssüratlarını bölüşüblər.

Belə bir tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edir, Zəfər bayramı münasibətilə xalqımızı təbrik edirik.

#ZəfərGünü

#BayraqGünü

#EduAz

#QarabağAzərbaycandır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi