İbtidai siniflərdə Zəfər Günü qeyd olunub

 67 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Kristina Hacıyevanın rəhbərliyi ilə IV "h" sinfində Zəfər Gününə həsr olunmuş maraqlı tədbir keçirilib. Tədbirdə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirin qonağı olan I Qarabağ müharibəsi veteranı Abbasov Elman Qəmbər oğlu çıxış edərək öz təəssüratlarını bölüşüb.

Həmçinin qonaq qismində II Qarabağ müharibəsində iştirak edən, xüsusi təyinatlı, XTQ Yaşma-52 sıralarında döyüşən, 44 günlük müharibənin canlı şahidi olan Rahib Məmmədov iştirak edib.

Tədbir olduqca maraqlı və vətənpərvər ruhda çıxışlarla zəngin olub. Belə bir tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edir, möhtəşəm Zəfər bayramı münasibətilə xalqımızı təbrik edirik.

#ZəfərGünü

#BayraqGünü

#EduAz

#QarabağAzərbaycandır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi