8 Noyabr Zəfər Günü və 9 Noyabr Bayraq Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir

 67 nömrəli tam orta məktəbdə 8 Noyabr Zəfər Günü və 9 Noyabr Bayraq Gününə həsr olunmuş müxtəlif səpkili silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri ibtidai siniflərdə aparılan inşa müsabiqəsidir.

Məktəbin direktor müavini Yeganə Muradovanın təşkilatçılığı ilə III siniflərdə "Bayraq kimliyimdir", IV siniflərdə isə "Mənim zəfərim mənim qürurumdur" mövzularına həsr olunmuş inşa müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərə vətənpərvərlik hissinin aşılaması, onların hər iki əlamətdar günlə bağlı biliklərinin artırılması və yazı bacarıqlarının möhkəmləndirilməsi olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi