Uğurunuz uğurumuzdur

  67 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Qarayevanın rəhbərlik etdiyi X "a" sinif şagirdləri Mədinə Muradova və Xədicə Fərəcova növbəti uğurları ilə kollektivimizin sevincinə səbəb olublar.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant müsabiqəsinin qalibi olan Bakı İnsan Hüquqları Məktəbi “Məktəblilər arasında “Zəfər tarixi-2” Esse Olimpiadası” təşkil edib. Respublika üzrə mindən çox iştirakçının qatıldığı Olimpiadada şagirdlərimiz Mədinə Muradova və Xədicə Fərəcova II yerə layiq görülərək diplom və hədiyyələrlə təltif olunublar. Tədbirdə münsiflər heyəti və qaliblərlə yanaşı, müəllim və valideynlər də iştirak ediblər. Valideynlərimizdən Ofeliya Nəbiyeva çıxış edərək tədbir haqqında fikirlərini səsləndirib. Daha sonra özünün yazdığı "Haqq-ədalət uğrunda can qoyan şəhidlərim" adlı şeiri ifa edərək qonaqlara duyğulu anlar yaşadıb.

Qeyd edək ki, Esse Olimpiadasına Mədinə Muradova "Azərbaycanın dolmuş səbr kasası", Xədicə Fərəcova isə "Çoxdan gözlənilən cavab" adlı Esseləri ilə qatılıblar.

Qazandıqları uğur münasibətilə şagirdlərimizi və onların üzərində əməyi olan müəllimləri təbrik edir, növbəti fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.

#AzərbaycanRespublikasınınQeyriHökumətTəşkilatlarınaDövlətDəstəyiAgentliyi

#TəhsilNazirliyi

#Təhsilİdarəsi

#67nömrəliməktəb

#BakıİnsanHüquqlarıMəktəbi

#Məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi