Məktəbdə 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbirlər keçirilib.

 67 nömrəli tam orta məktəbdə müstəqilliyin bərpasının 32-ci ildönümü qeyd olunub.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni canlı şəkildə səsləndirilib. Daha sonra şəhidlərimizin əziz xatirəsi yad edilib.

Məktəbin direktoru İradə Bayramova çıxış edərək 32 il əvvəl-1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi, həmin tarixi dövr barədə şagirdlərə ətraflı məlumat verib və bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edib.

Sonda bütün müəllim və şagirdlər Azərbaycan bayrağına hörmət və ehtiram əlaməti olaraq bayrağı öpüb məktəbə daxil olublar.

Hər kəsi 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, xalqımıza əbədi qələbə, Vətənimizə sarsılmaz bütövlük arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi