Hər uşaq bir çiçəkdir

  67 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İlhamə Rzayevanın təşkilatçılığı ilə rəhbərlik etdiyi II "ğ" sinfinin şagird və müəllim heyəti növbəti maraqlı aksiyada iştirak ediblər. Belə ki, müəllim, şagird və valideynlər birlikdə məktəb ərazisində ağacəkmə aksiyası keçiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının şəhər və rayonlarında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi və abadlıq işlərinin aparılması istiqamətində bir çox işlər görülüb. Məktəbimizin müəllim, şagird və valideynlərinin də belə aksiyalarda fəal iştirak etməsi olduqca təqdirəlayiqdir.

İlhamə Rzayevaya və rəhbərlik etdiyi II "ğ" sinfinə keçirdikləri faydalı aksiyaya görə təşəkkür edir, bütün müəllim, şagird və valideynləri belə aksiyalarda fəal olmağa çağırırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi