5 oktyabr- Beynəlxalq Müəllimlər Günüdür

 Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir.

Üç əsrin şahidi olan qocaman məktəbimiz bu illər ərzində bir çox müəllimə doğma ev, doğma ocaq olmuşdur. Hər işçisinin ikinci ailəsinə çevrilmiş, 1897-ci ildə 2 müəllimlə fəaliyyətə başlayan bu elm ocağında, indi 167 müəllim çalışır. Məktəbimiz hər il daha böyük həvəslə, daha dərin sevgi ilə şagirdlərini qarşılayıb, məzunlarını yola salaraq təhsilimizə öz tövhəsini verməkdə davam edir.

Direktorumuz İradə Bayramova başda olmaqla, müəllim kollektivimizi və onların timsalında bütün müəllimləri müqəddəs peşə bayramları münasibəti ilə təbrik edirik.

Xəzinədir xəzinələr içində,

Bir ümmandır, bir dəryadır müəllim!

Vardır yeri onun hər bir könüldə,

Dünya içrə bir dünyadır müəllim!

Müəllifdən sevgilərlə. Bayramınız mübarək, əziz müəllimlər!

https://youtu.be/UDHVOrsUl2E?si=wgHXSKMO8dvEMQJq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi