Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb

 Oktyabrın 2-də 67 nömrəli tam orta məktəbdə beşyaşlıların cəlb olunduğu məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında əsas məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.

Unutmayaq ki, məktəbəhazırlıq təhsili ibtidai təhsilə keçidi asanlaşdırır və uşağın ibtidai təhsilə adaptasiya olunmasına müsbət təsir edir.

İlk dərs günü münasibətilə bütün məktəbəhazırlıq qruplarında təhsil alan balacaları təbrik edir, onlara zehin açıqlığı və uğurlu təhsil həyatı arzu edirik.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Uşaq #MəktəbəHazırlıq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi