Qələbəyə gedən yolun başlanğıcı

 67 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi tərəfindən 27 Sentyabr Anım Günü qürur hissi ilə qeyd olunub. Bütün siniflərdə Anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilib, məktəbə 44 günlük şanlı tarixin canlı şahidlərindən olan qazilər dəvət olunub. Həmçinin bütün siniflərdə "Mən qəhrəmanımı necə görürəm" adlı esse yazılıb.

Tədbirlər zamanı məktəbin direktoru İradə Bayramova, direktor müavinləri və dəvət olunan qonaqlar çıxış edərək 44 günlük zəfər salnaməsindən bəhs ediblər. Şagirdlərin ifasında şeirlər, mahnılar səsləndirilib, qazilər məktəbdə yerləşən muzeylə tanış edilib.

27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq yolunda iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.

Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda etmiş Şəhidlərimizi dərin ehtiramla yad edirik.

#QarabağAzərbaycandır

#KarabakhisAzerbaijan

#AnımGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi