27 Sentyabr Anım Günü

 Azərbaycanda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması günü hər il 27 sentyabrda qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən Müharibəsində qəhrəmancasına döyüşən, müqəddəs Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizə ehtiram əlaməti olaraq 27 sentyabrın Respublikamızda Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına yüksək ehtiramın göstəricisidir.

Vətən uğrunda vuruşan hər bir əsgər Qəhrəmandır. Biz onların hamısına bir ömür borcluyuq.

Bütün şəhidlərimizi qürurla yad edir, onlara Allahdan rəhmət diləyirik.

#QarabağAzərbaycandır

#KarabakhisAzerbaijan

#AnımGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi