Uğurunuz uğurumuzdur

 67 nömrəli tam orta məktəbin IX sinif şagirdi Malik Qədimzadə böyük uğura imza atıb. Malik Uşaq İncəsənət Festivalının final mərhələsi üzrə yekun qiymətləndirmənin nəticələrinə uyğun olaraq 10-13 yaş qrupunda "Piano ifaçılığı" nominasiyası üzrə "peşəkar" kateqoriyasında II yerə layiq görülüb.

Uşaq İncəsənət Festivalı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Müxtəlif nominasiyalar üzrə, müxtəlif yaş qrupları arasında təşkil olunan bu festival 26768 nəfər iştirakçı arasında keçirilib.

Bu əlamətdar qələbə münasibətilə Malik Qədimzadəni kollektivimiz adından təbrik edir, ona növbəti fəaliyyətlərində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi