Uğurunuz uğurumuzdur

 67 nömrəli tam orta məktəbin şagirdləri uğurları ilə kollektivimizi sevindirməyə davam edirlər. Belə ki, məktəbin IX "h" sinif şagirdi Məmmədova Aziza 23 ölkə arasında keçirilən, Gürcüstanda təşkil olunmuş beynəlxalq yarışda möhtəşəm qələbəsi ilə uğura imza atıb.

16-17 sentyabr tarixlərində Gürcüstanın Batumi şəhərində taekvondo üzrə “Batumi açıq birinciliyi” keçirilib (“BATUMİ OPEN 2023”). Şagirdimiz bu yarışda qalib gələrək I yerə layiq görülüb və qızıl medalla mükafatlandırılıb.

Qazandığı qələbə münasibətilə Azizanı kollektivimiz adından təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi