İlk dərs günü

 67 nömrəli tam orta məktəb ilk dərs günündə qapılarını öz doğmalarına açıb.

15 sentyabr 2023-cü il tarixində məktəbin hər iki korpusunda Bilik Günü təmtəraqlı şəkildə qeyd olunub. Həyəcanla ilk dərs gününü gözləyən birincilər, son dərs ilinə başlayan onbirincilər və digər sinif şagirdləri böyük sevinc hissi ilə müəllimlərini və doğma elm ocaqlarını salamlayıblar.

Açılış tədbirində ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru İradə Bayramova çıxış edərək məktəb kollektivini, müəllim və şagirdləri salamlayıb, onlara xoş diləklərini çatdırıb.

Tədbirdə Sabunçu rayon İcra Hakimiyətinin nümayəndəsi, Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayon Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Elnarə Məmmədova qonaq qismində iştirak edib. Elnarə xanım çıxış edərək yeni dərs ilində hər kəsə uğurlar arzulayıb.

Sonda bütün siniflər sinif otaqlarına yola salınıb və ilk dərs gününə start verilib.

Yeni dərs ilinin başlanması münasibətilə hər kəsi təbrik edir, zehin açıqlığı, sağlamlıq və müvəqqətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi