Sabunçu rayonunda “Təhsil millətin gələcəyidir” adlı Təhsil konfransı keçirilib.

Sabunçu rayonunda “Təhsil millətin gələcəyidir” adlı Təhsil konfransı keçirilib.

14 sentyabr 2023-cü il tarixində Bakı Gənclər Mərkəzində 2022-2023-cü tədris ilinin yekununa həsr olunmuş Təhsil konfransı keçirilib.

Konfransda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkilləri Fazil Mustafa və Əliabbas Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, ali məktəblərə qəbul imtahanında yüksək nəticələr əldə etmiş məzunlar və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Qeyd edək ki, himnin səsləndirilməsində zaldakı qonaqlarla birlikdə 67 nömrəli tam orta məktəbin xor qrupu da iştirak edib.

Konfrans zamanı 2022-2023-cü tədris ili üzrə ali məktəblərə qəbul imtahanında Sabunçu rayonu üzrə ən yüksək nəticələr göstərmiş məzunlara Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub. O cümlədən, 2022-2023-cü tədris ilinin nəticələrinə görə fərqlənən təhsil işçiləri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.

Yeni tədris ilində bütün məktəblərə uğurlar diləyir, daha yüksək nəticə və uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi