Yeni tədris ilinə həsr olunmuş Pedaqoji Şura iclası keçirilib

   13 sentyabr 2023-cü il tarixində 67 nömrəli tam orta məktəbin Fəaliyyət Planına əsasən 2023/2024-cü tədris ilinə həsr olunmuş Pedaqoji Şura iclası keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru İradə Bayramova iclası açıq elan etdikdən sonra yaşa görə əmək pensiyası vaxtı çatmış müəllimlərin adlarını açıqlayaraq onlara uğurlar arzulayıb. Həmçinin yeni gələn müəllimlər məktəb kollektivinə təqdim edilib.

Direktor İradə Bayramova öz çıxışında ötən tədris ilinin yekun nəticələri, məktəbdə görülən işlər və qarşıda duran məsələlər barədə danışıb. Direktor müavinləri Ceyran Məmmədova, Təranə Əlisoy, Yeganə Muradova çıxış edərək öz fikir və təkliflərini irəli sürüblər.

İclasda yeni tədris ilinə dair təkliflər, qarşıda duran məsələlər, planlaşdırılan hədəflər müzakirə edilib.

67 nömrəli məktəbin kollektivi ilə yanaşı, bütün tədris işçilərinə yeni dərs ilində uğurlar diləyir, həm təhsilalanlar, həm də təhsilverənlər üçün xeyirli olmasını arzu edirik.

#ElmVəTəhsilNazirliyi #BŞTİ #PedaqojiŞura #iclas #məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi