Yeni tədris ilinə hazırlıqlar davam edir

  67 nömrəli tam orta məktəbdə 2023/2024-cü tədris ilinə hazırlıq prosesi tam sürətlə davam etməkdədir.

Məktəbin pedaqoji heyətinin nümayəndələri müxtəlif təlim kurslarında iştirak edərək özünüinkişaf proseslərinə önəm verirlər. Həmçinin Fəaliyyət Planının müvafiq bəndinə əsasən ötən həftədən etibarən fənn metodbirləşmə iclasları təşkil olunur. İclaslarda fənn müəllimləri, həmin fənn üzrə metodbirləşmə rəhbəri və məktəbin müdiriyyəti iştirak edirlər.

Metodbirləşmə iclaslarının keçməsində əsas məqsəd cari tədris ilində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlərin təşkili, müəllimlərin yeni tədris ilinə hazırlıq səviyyəsinin yüksəldilməsi, bu istiqamətdə lazımi tədbirlərin görülməsidir.

Yeni tədris ilində bütün təhsilalanlara və təhsilverənlərə uğurlar diləyir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi