Uğurunuz uğurumuzdur

67 nömrəli tam orta məktəbin I "a" sinif şagirdi Rüfan Məmmədov SASMO Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edərək fərqlənmə sertifikatı ilə təltif olunub. Rüfan yarışda Respublika üzrə 17-ci yerə layiq görülüb. Çoxsaylı iştirakçılar arasından seçilərək bu yerə layiq görülmək I sinif şagirdi üçün olduqca böyük nailiyyətdir.
Qazandığı uğur münasibətilə Rüfanı kollektivimiz adından təbrik edir, növbəti fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.