Uğurunuz uğurumuzdur

Uğurunuz uğurumuzdur

67 nömrəli tam orta məktəbin şagirdləri Mədinə Muradova, Malik Qədimzadə, Hüseyn Kərimli, Kənan Həsənli və Nərgiz Şahbazova müxtəlif nominasiyalar üzrə qatıldıqları Uşaq İncəsənət Festivalının birinci mərhələsində uğurlu nəticə göstərərək ikinci mərhələyə keçid haqqı qazanıblar.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalına qeydiyyat martın 30-da başa çatıb.

Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsində iştirak üçün müxtəlif şəhər və rayonlardan ümumilikdə 26768 nəfər qeydiyyatdan keçib.

21 nominasiya üzrə nəzərdə tutulan festival həm peşəkar, həm də həvəskar kateqoriyalar üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) təşkil olunub.

Üç mərhələdə nəzərdə tutulan festivalın I mərhələsi 2023-cü ilin aprel-iyun ayında keçirilib. Bu mərhələdə qalib olmuş iştirakçılar festivalın II mərhələsində iştirak etmək hüququ qazanıblar. Festivalın II mərhələsi iyun-avqust ayında reallaşacaq. Bu mərhələdə qalib olmuş iştirakçılar final mərhələsində iştirak hüququ əldə edəcəklər. Festivalın final mərhələsi Bakı şəhərində 2023-cü ilin sentyabr ayında keçiriləcək.

Qeyd edək ki, şagirdlərimizin hər biri peşəkar kateqoriya üzrə müsabiqəyə qatılıblar. Mədinə Muradova xanəndəlik sənəti, Malik Qədimzadə piano ifaçılığı, Hüseyn Kərimli Azərbaycan xalq çalğı alətləri ifaçılığı, Kənan Həsənli klassik nəfəs alətləri ifaçılığı, Nərgiz Şahbazova isə akademik vokal nominasiyaları üzrə yüksək nəticə əldə ediblər.

Şagirdlərimizi kollektivimiz adından təbrik edir, növbəti mərhələlərdə hər birinə uğurlar diləyirik.

Rəsmi sayt - https://uif.az

E-poçt - [email protected]

Facebook - https://www.facebook.com/uif.az

Instagram - https://www.instagram.com/uif.az

Twitter - https://twitter.com/uif_az

Youtube - https://www.youtube.com/@uif_az

Tiktok - https://www.tiktok.com/@uif.az

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi