26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür

 Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Məhz onların sayəsində bugün Azərbaycan müstəqil, müzəffər ölkədir.

Silahlı qüvvələrin bütün əməkdaşlarını kollektivimiz adından təbrik edir, gərgin və məsuliyyətli işlərində, Vətənə xidmətlərində müvəffəqiyyətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi