Pedaqoji Şura iclası keçirilib

 22 iyun 2023-cü il tarixində 67 nömrəli tam orta məktəbin Fəaliyyət Planına uyğun olaraq 2022-2023-cü tədris ilinin yekun Pedaqoji Şura iclası keçirilib.

İlk öncə məktəbin direktoru İradə Bayramova iclası açıq elan edərək öz çıxışında tədris ilinin yekun nəticələri, məktəbdə görülən işlər və qarşıda duran məsələlər barədə danışıb. Daha sonra direktor müavinləri Ceyran Məmmədova, Təranə Əlisoy, Yeganə Muradova və ingilis dili müəllimi Sulidə Rüstəmova çıxış edərək öz fikir və təkliflərini irəli sürüblər.

İclasda həmçinin yeni tədris ilinə dair təkliflər, qarşıda duran məsələlər, planlaşdırılan hədəflər müzakirə edilib.

67 nömrəli məktəbin kollektivi ilə yanaşı, bütün tədris işçilərinə gözəl yay tətili və uğurlu yeni tədris ili arzulayırıq.

#ElmVəTəhsilNazirliyi #BŞTİ #PedaqojiŞura #iclas #məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi