Məktəbdə “Son Zəng” tədbiri keçirilib

  Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 14 iyun 2023-cü il tarixində bütün ümumtəhsil məktəblərində olduğu kimi 67 nömrəli tam orta məktəbdə də “Son Zəng” tədbiri keçirilib.

Tədbirin bədii hissəsində məktəbin məzunları və müəllimləri tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Daha sonra qonaqlar çıxış edərək “Son Zəng” münasibətilə məzunları təbrik ediblər və onlara qədəm qoyduqları yeni həyat yolunda uğurlar arzulayaraq xoş diləklərini bildiriblər.

Maraqlı və sürprizlərlə dolu “Son Zəng” tədbirində məktəbin direktoru İradə Bayramova çıxış edərək məzunları və onların valideynlərini təbrik edib, bütün şagirdlərin üzərində əvəzsiz əməyi olan müəllimlərə minnətdarlığını bildirib.

Sonda ənənəvi olaraq bütün məzunlar müqəddəs Qurani-Kərim kitabının altından keçərək məktəblə vidalaşıblar.

Məktəb kollektivi adından məzunları təbrik edir, onlara gələcək fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi