Uğurunuz uğurumuzdur

 67 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Malik Qədimzadə 23 may 2023-cü il tarixində İtaliya və Qazaxıstanın birgə təşkilatçılığı ilə keçirilən "DIVERTI MENTO" adlı Pianoçuların II Beynəlxalq İncəsənət müsabiqəsində iştirak edib. Şagirdimiz möhtəşəm ifası ilə uğur qazanaraq I dərəcəli Laureat adına layiq görülüb.
Malik Qədimzadənin uğurları bununla bitmir. O həmçinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş ali, ümumtəhsil və orta ixtisas təhsil müəssisələri, musiqi məktəblərinin şagird və tələbələri arasında gənc ifaçıların IV Respublika müsabiqəsində fəal iştirakına görə Fəxri Fərmana layiq görülüb.
Qazandığı uğurlar münasibətilə Maliki kollektivimiz adından təbrik edir, ona gələcək fəaliyyətində müvəqqətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi