Sabunçu rayonunda “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib

 “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Abadlıq Xidməti MMC-nin təşkilatçılığı, Balaxanı qəsəbə bələdiyyəsinin dəstəyi və Sabunçu rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin iştirakı ilə Sabunçu rayonu, Balaxanı qəsəbəsində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib.

Festivalda müxtəlif yaş qruplarından olan uşaqların hazırladıqları əl işləri, rəsm əsərləri sərgilənib və müxtəlif idman növləri üzrə bacarıqlar nümayiş etdirilib.

Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət mərkəzinin sənətkarları uşaqlar üçün dulusçuluq, keramika və rəngkarlıq üzrə master klasslar təşkil ediblər.

Festival rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdlərinin təqdimatında dünyanın müxtəlif ölkələrinin və ölkəmizdə yaşayan azsaylı xalqların folklorunu əks etdirən mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam edib.

Bakı Abadlıq Xidməti MMC tərəfindən festivalda iştirak edən bütün uşaqlara hədiyyələr təqdim olunub.

Festivalın təşkilində əməyi olan hər kəsə, həmçinin dünyanın müxtəlif ölkələrinin və ölkəmizdə yaşayan azsaylı xalqların folklorunu əks etdirən mahnı və rəqslərindən ibarət konsert proqramının təşkilində yaxından iştirak edən 67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramovaya kollektivimiz adından təşəkkür edir, bütün uşaqlara sağlam, firavan, sülh içində həyat arzulayırıq.

Bayramınız mübarək, əziz uşaqlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi