Dünya uşaqlarla gözəldir

 

 67 nömrəli tam orta məktəbdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş möhtəşəm tədbir keçirilib. Tədbirdə məktəbin ibtidai sinif şagirdləri öz istedadlarını nümayiş etdiriblər. Balacaların ifasında səslənən mahnılar, şeirlər, həmçinin maraqlı rəqs və fləşmob olduqca rəngarəng görüntülərə səbəb olub.

Tədbir əsnasında ibtidai və yuxarı sinif şagirdlərinin əl işləri və rəsmlərindən ibarət sərgi nümayiş etdirilib, şagirdlər asfalt üzərində rəngarəng şəkillər çəkiblər.

Belə maraqlı tədbirin təşkilində əməyi olan hər kəsə kollektivimiz adından təşəkkür edir, bütün uşaqların bayramını təbrik edirik.

Dünya sizinlə gözəldir, əziz uşaqlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi