Şagirdlərimizin möhtəşəm performansı

 29 may 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq 67 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Murad Rəşidovun təşkilatçılığı ilə V "c" sinif şagirdlərinin ifasında Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri səhnələşdirilib. Tamaşanı məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Ceyran Məmmədova, Gülnarə Bağırova, Təranə Əlisoy, Təranə Əsədova, Azad Kələşov, bir qrup müəllim və valideyn heyəti maraqla izləyiblər.

Əvvəlcə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tamaşanın ifasına başlanılıb.

Üç pərdədən ibarət olan tamaşa şagirdlər tərəfindən yüksək performans və ustalıqla səhnələşdirilib.

Tamaşadan sonra direktor müavini Azad Kələşov əvvəlcə Ümummilli lider Heydər Əliyevin bu əsəri necə sevdiyi, tamaşanın necə ərsəyə gəlməsi haqqında məlumat verib. Daha sonra müəllimlər tamaşa haqqında öz təəssüratlarını bölüşüblər. Sonda məktəbin direktoru İradə Bayramova bu çətin və məsuliyyətli işin öhdəsindən məharətlə gəldikləri üçün başda Azərbaycan dili və ədəbiyyat müəllimi Murad Rəşidov olmaqla V "c" sinif şagirdlərinə və onların valideynlərinə öz minnətdarlığını bildirib. Bu cür tamaşaların şagirdlərin vətəndaş kimi yetişməsində önəmini qeyd edib və digər siniflər üzrə də belə tədbirlərin keçirilməsini tövsiyyə edib.

Tədbirin yekununda bütün iştirakçılar İradə Bayramova tərəfindən diplomla təltif olunublar.

Belə möhtəşəm performansa və maraqlı tədbirə görə Murad Rəşidova, V "c" sinif şagirdlərinə və tamaşanın ərsəyə gəlməsində əməyi olan hər kəsə kollektivimiz adından təşəkkür edir, bütün iştirakçıları uğurlu ifalarına görə təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi