Məktəbdə riyaziyyat fənni üzrə nümunəvi dərs keçirilib.

26 may 2023-cü il tarixində 67 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Ceyran Quliyevanın təşkilatçılığı ilə V "c" sinfində nümunəvi dərs keçirilib.

"Məlumatların təsviri" mövzusunda təşkil edilmiş nümunəvi dərs həm də 28 May Müstəqillik Gününə həsr olunub. Dərsdə məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Ceyran Məmmədova, Təranə Əlisoy və Gülnarə Bağırova, riyaziyyat müəllimləri Elnarə Qəfərova, Sevda İsgəndərova, Kəmalə Əliyeva və biologiya müəllimi Lətafət Səfərova iştirak ediblər.

Dərsin sonunda qonaqlar çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Şagirdlərin hərtərəfli inkişafında böyük önəm kəsb edən belə maraqlı nümunəvi dərsin təşkilinə görə riyaziyyat müəllimi Ceyran Quliyevaya təşəkkür edir, növbəti fəaliyyətində uğurlar diləyirik.

Nümunəvi dərsin əks olunduğu şəkilləri və videogörüntülərin linkini təqdim edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi