Uğurunuz uğurumuzdur

 67 nömrəli tam orta məktəbdə 28 May Müstəqillik Günü və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin yekun konserti keçirilib. Tədbirdə məktəbdə fəaliyyət göstərən VMA (Valideyn Müəllim Assosiasiyası) tərəfindən ictimai işlərdə fəallıq göstərən müəllim və valideynlər mükafatlandırılıb.

Sevinc və qürur hissi ilə qeyd edirik ki, musiqi müəllimi Sevil Ağamalıyeva 67 nömrəli tam orta məktəbin yaradıcılıq işlərində, həmçinin istedadlı şagirdlərin araşdırılmasında xüsusi fəaliyyətinə görə Fəxri diplomla təltif olunub.

Aldığı mənəvi dəyəri yüksək olan fəxri mükafat münasibətilə Sevil Ağamalıyevanı kollektivimiz adından təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Əməyə verdiyi misilsiz dəyərə görə məktəbin direktoru İradə Bayramovaya və VMA prezidenti Sultan Gülməmmədovaya, həmçinin tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi