Məktəbdə bayram bayrama qarışıb.

67 nömrəli tam orta məktəbdə 28 May Müstəqillik Günü və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin yekun konsert proqramı təşkil olunub.

Konsertdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məktəbdə bir müddət əvvəl keçirilən "İstedad sorağında" adlı müsabiqədə yüksək nəticə göstərən istedalı şagirdlər çıxış ediblər. Maraqlı rəqslərin ifa olunduğu, Ulu öndərin əziz xatirəsinə həsr olunmuş şeir və musiqilərin, həmçinin onun sevərək dinlədiyi mahnıların səsləndirildiyi konsert proqramında yalnız istedadlı şagirdlər deyil, məktəbin müəllim və valideynləri də fəal iştirak ediblər.

Tədbirdə məktəbdə fəaliyyət göstərən VMA (Valideyn Müəllim Assosiasiyası) tərəfindən ictimai işlərdə fəallıq göstərən müəllim və valideynlər mükafatlandırılıb.

Qeyd edək ki, 2023-cü ilin Heydər Əliyev ili elan olunması ilə əlaqədar Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə müxtəlif formatlarda silsilə tədbirlər keçirilib. Olduqca maraqlı intellektual yarışlar, inşa və təqdimat müsabiqələri, istedalı şagirdlərin əl işləri və rəsmlərinin nümayiş edildiyi sərgilər, həmçinin müxtəlif incəsənət sahələri üzrə istedalı şagirdlər arasında keçirilən yarışlar məktəblilərin öz bacarıqlarını nümayiş etdirmələri üçün onlara motivasiya olub.

Uşaqlara sonsuz məhəbbətlə bağlı olan Ulu öndər Heydər Əliyev demişdir: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır." Həmçinin onlara göstərdiyi qayğı və diqqətlə uşaqların könlündə daima yaşayan Ümummilli lider hər zaman qeyd edib ki, “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir.”

Dahi siyasi xadim, əbədiyaşar lider Heydər Əliyevin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onun layiqli davamçısı olan Prezident İlham Əliyevə uşaqların və gənclərin inkişafı istiqamətində həyata keçirdiyi işlərdə uğurlar diləyirik.

Hər kəsi 28 May Müstəqillik Günü və qarşıdan gələn 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə kollektivimiz adından təbrik edir, xoşbəxt gələcəyə xoşbəxt uşaqlarla addımlayacağımıza inanırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi