Uğurunuz uğurumuzdur

 26 may 2023-cü il tarixində "Dövlət və qanun" qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı 67 nömrəli tam orta məktəbin qonağı olub.

Yasəmən xanım öncə məktəbin direktoru İradə Bayramova ilə birlikdə tariximizin əks olunduğu məktəb muzeyi ilə, təhsil ocağında yaradılan maraqlı guşələrlə tanış olub. Daha sonra məktəbdə əməl olunan nizam-intizam qaydaları ilə maraqlanıb, yaradılan sağlam təhsil mühiti ilə yaxından tanış olub və Xatirə kitabına öz ürək sözlərini qeyd edib.

Yasəmən Möhübbətqızı direktor İradə Bayramovanın rəhbərliyi ilə məktəbdə yaradılan şəraitdən, xüsusilə də Zəfər tarixinin əks edildiyi muzeydən olduqca təsirləndiyini bildirib.

Məktəbin direktoru İradə Bayramova qeyd edib ki, tarixini bilməyən məktəbli vətənpərvər ola bilməz.

Ziyarətinin sonunda "Dövlət və qanun" qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı Müstəqil Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərinə görə və "Müstəqillik Günü" münasibətilə direktorumuz İradə Bayramovanı "Fəxri diplom"-la təltif edib.

Bu münasibətlə İradə Bayramovanı kollektivimiz adından təbrik edir, məktəbimizin qonağı olan Yasəmən Möhübbətqızına göstərdiyi diqqətə görə təşəkkür edirik.

 

https://m.facebook.com/story.php?story_fbid=812555956958312&id=100046117461231&mibextid=Nif5oz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi