İstedadlı şagirdlərimizin əl işləri sərgilənib.

 25 may 2023-cü il tarixində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ulu Öndəri düşünərkən" adlı rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə 67 nömrəli tam orta məktəbin VII "ç" sinif şagirdi Zeynəb Sultanlı və V "h" sinif şagirdi Sara Babayeva öz rəsmləri ilə iştirak ediblər. Sərgidə rəsmləri Azərbaycanın xalq rəssamı Ağaəli İbrahimov qiymətləndirib. Yekun nəticəyə əsasən şagirdlərimiz Təşəkkürnamə və Sertifikatla mükafatlandırılıb.
Sərgi Nizami adına Mədəniyyət və İstirahət parkında keçirilib.
Qeyd edək ki, VII "ç" sinif şagirdi Zeynəb Sultanlı Şuşa qalasını,  V "h" sinif şagirdi Sara Babayeva isə Şahbulaq qalasını təsvir edib.
Şagirdlərimizi uğurlu əl işlərinə görə təbrik edir, onlara növbəti fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi