Şagirdlərimiz bizi uğurları ilə sevindirməyə davam edirlər.

 67 nömrəli tam orta məktəbin X sinif şagirdi Rafiq Babazadə Türkiyədən Vətənimizə böyük sevinclə qayıdıb. Belə ki, 20 may 2023-cü il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən Kingboksinq üzrə Türkiyə Açıq Wako Dünya Çempionatında qələbə qazanaraq I yerə layiq görülüb və qazandığı uğurla Azərbaycan bayrağını zirvələrə qaldırıb.

Rafiqin qələbə xəbərlərini eşidən yaxınları onu təmtəraqlı şəkildə qarşılamaq üçün hava limanına toplanıblar. Təbii ki, Rafiqin yaxınları sırasında məktəbin direktoru İradə Bayramova, sinif rəhbəri Sədaqət Məmmədova, sinif yoldaşları və dostları da yer alıb.

Hava limanında coşqu və sevinclə qarşılanan Rafiq Babazadə çıxış edərək böyük qürur hissi keçirdiyini, Azərbaycanı hər zaman fəxrlə idman arenalarında təmsil edəcəyini və Azərbaycan bayrağını daima ucaldaraq zəfər qazanmağa çalışacağını bildirib.

Qarşılama mərasimində məktəbin direktoru İradə Bayramova və sinif rəhbəri Sədaqət Məmmədova çıxış edərək belə gənclərlə fəxr etdiklərini və ölkəmizdə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq, onun layiqli davamçısı İlham Əliyevin hakimiyyəti ilə davam edən uğurlu Gənclər siyasətinin bəhrələri haqqında fikirlərini səsləndiriblər. Onlar qeyd ediblər ki, Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Gələcəyimizin təməli olan gənclərə, uşaqlara göstərilən dövlət qayğısı onlara motivasiya verərək qələbəyə doğru qətiyyətlə addımlamağa imkan yaradır.

Rafiqin ailə üzvləri, dostları və sinif yoldaşları da çıxış edərək çox sevincli olduqlarını bildiriblər və qazandığı qələbə münasibətilə onu təbrik ediblər.

Azərbaycan bayrağını Dünya ölkələrində qələbə ilə dalğalandıraraq ölkəmizi idman arenalarında uğurla təmsil edən bütün gənclərimizə müvəqqətlər diləyir, Rafiq Babazadəni kollektivimiz adından təbrik edərək ona daimi qələbə arzulayırıq. Rafiqin qələbə qazanmasında sonsuz əməyi olan məşqçisini də təbrik edir, ona belə güclü idmançılar yetişdirdiyinə görə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi