Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə növbəti yarış keçirilib.

67 nömrəli tam orta məktəbin biologiya müəllimi Məleykə Muradovanın təşkilatçılığı ilə V-VI sinif şagirdləri arasında "Vətənimin təbiətini sevirəm" adlı intellektual yarış keçirilib. Yarışın nəticələrinə əsasən I yerin qalibləri diplom və hədiyyələrlə, II və III yerin qalibləri isə diplomla təltif olunublar.

Qaliblərin mükafatlandırılması zamanı məktəbin direktor müavini Gülnarə Bağırova çıxış edərək onları təbrik edib və belə yarışların təşkilinin şagirdlərin hərtərəfli inkişafı üçün önəm kəsb etdiyini qeyd edib.

Maraqlı yarışın təşkilinə görə biologiya müəllimi Məleykə Muradovaya təşəkkür edir, qalibləri kollektivimiz adından təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi