Dahi şəxsiyyət Heydər Əliyev uşaqların gözü ilə

 67 nömrəli tam orta məktəbdə 12 may 2023-cü il tarixində ibtidai sinif müəllimi Arzu Mahmudovanın təşkilatçılığı ilə III "ç" sinfində "Dahi şəxsiyyət Heydər Əliyev uşaqların gözü ilə" adlı möhtəşəm tədbir keçirilib.

Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirdə şagirdlərin ifasında Heydər Əliyevə ithaf olunmuş şeirlər və mahnılar səsləndirilib, rəqs və fləşmob nümayiş etdirilib. Həmçinin şagirdlər və valideynlərin birlikdə hazırladıqları, Ümummilli lider Heydər Əliyevin rəsminin əks olundu tablo sinif adından məktəbə hədiyyə edilib. Daha sonra müəllim, valideyn və şagirdlərin birlikdə hazırladıqları, dahi şəxsiyyət Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin əks olunduğu stendin açılışı həyata keçirilib.

Tədbirdə məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Yeganə Muradova və Təranə Əlisoy, "Məktəblinin dostu" layihəsinin icraçıları, Azərbaycan Valideyn Müəllim Assosiasiyası İctimai Birliyinin məktəbimizdə yerləşən 1 nömrəli filialının prezidenti Sultan Gülməmmədova və sinfin valideynləri iştirak ediblər.

Məktəbin direktoru İradə Bayramova çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlər, gənclərə və uşaqlara qarşı göstərdiyi qayğı və diqqət barəsində söhbət aparıb, tədbir haqqında fikirlərini səsləndirib.

Daha sonra direktor müavini Yeganə Muradova çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Digər qonaqlar da öz növbələrində çıxış edərək tədbir haqqında fikirlərini dilə gətiriblər.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirilib.

Möhtəşəm tədbirin təşkilinə görə ibtidai sinif müəllimi Arzu Mahmudovaya və bu işdə əməyi olan hər kəsə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi