Məktəbdə riyaziyyat fənni üzrə intellektual yarış keçirilib.

67 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir. 10 may 2023-cü il tarixində məktəbin riyaziyyat müəllimləri Kəmalə Əliyeva, Sevda İsgəndərova, Xəyalə Əbilova və Telli Əhmədovanın birgə təşkilatçılığı ilə riyaziyyat fənnindən intellektual yarış keçirilib. Yarışda VII sinif şagirdləri müxtəlif komandaların tərkibində məntiqi və riyazi biliklərini sınayıblar.

Məktəbin direktor müavinləri Ceyran Məmmədova, Gülnarə Bağırova, Təranə Əlisoy və riyaziyyat müəllimi Ceyran Quliyevanın münsif kimi iştirak etdikləri yarışda obyektiv şəkildə qiymətləndirmə aparılıb və sonda qaliblər diplomla təltif olunublar.

Qalibləri təbrik edir, onlara növbəti yarışlarda uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi