Şagirdlərimiz rəsm müsabiqəsində iştirak ediblər.

 4 may 2023-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı və Sabunçu rayon qəsəbə bələdiyyələrinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və 2023-cü il "Heydər Əliyev ili" ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayon məktəbləri arasında "Azərbaycan mənim ürəyimdir!" adlı rəsm müsabiqəsi keçirilib.

Müsabiqədə iştirakına görə 67 nömrəli tam orta məktəbin VII "e" sinif şagirdi Əli Əhmədli, VII "c" sinif şagirdi Murad Həsənli və VIII "c" sinif şagirdi Esmiralda Nəsirli diplomla təltif olunublar.

Şagirdlərimizi kollektivimiz adından təbrik edir, növbəti müsabiqələrdə daha böyük nailiyyətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi