Məktəbdə "Ən yaxşı təqdimat" müsabiqəsi keçirilib.

Məktəbdə "Ən yaxşı təqdimat" müsabiqəsi keçirilib.

67 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev ili" çərçivəsində növbəti müsabiqə keçirilib. Bu dəfə şagirdlər özlərini "Ekologiya" mövzusunu əhatə edən, müxtəlif başlıqlı təqdimatların hazırlanması üzrə sınayıblar.

5 may 2023-cü il tarixində baş tutan müsabiqə direktor müavini Təranə Əlisoyun təşkilatçılığı, biologiya müəllimi Günel Xasaylının dəstəyi ilə V-VI sinif şagirdləri arasında keçirilib.

"Ən yaxşı təqdimat" müsabiqənin şərtlərinə əsasən şagirdlər öncədən keçirilən püşkatma nəticəsində seçdikləri mövzunu əhatə edən təqdimatlar hazırlayıblar.

Münsiflər heyətinin 10 ballıq sistemlə qiymətləndirməsi əsasında yüksək nəticə göstərərən şagirdlər I, II və III yerlər üzrə sertifikatla, qalan şagirdlər isə iştirakçı sertifikatı ilə təltif olunublar.

Qeyd edək ki, direktor müavinləri Ceyran Məmmədova, Təranə Əlisoy, Yeganə Muradova və Gülnarə Bağırova, biologiya müəllimi Günel Xasaylı, Azərbaycan dili və ədəbiyyat müəllimləri Ülviyyə Qarayeva və Zeynəb Ziyatxanova müsabiqədə münsiflər heyətinin üzvləri kimi iştirak ediblər.

Sonda münsiflər heyətinin üzvləri çıxış edərək fikir və təkliflərini irəli sürüblər və iştirakçılarla birlikdə xatirə şəkli çəkdiriblər.

"Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərini kollektivimiz adından təbrik edir, onlara növbəti fəaliyyətlərində davamlı uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi